"Mançester Siti" "Barselona"nın futbolçusunu istəyir
"Barselona" klubunun müdafiəçisi Xerard Pike yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

İspaniyalı futbolçu "Mançester Siti"nin maraq dairəsinə düşüb.

Mançester təmsilçisinin baş məşqçisi Manuel Peleqrini 26 yaşlı futbolçunu yanvar ayından komandasında görmək istəyir. "Barselona" rəhbərliyi də futbolçu ilə yeni müqavilə imzalamağa hazırlaşır. Hazırki komandasıyla 2015-ci ilə qədər müqaviləsi Pikenin Kataloniyadan ayrılacağı istisna olunmur.

Qeyd edək ki, Pike 2004-2008-ci illərdə "Mançester Yunayted"in şərəfini qoruyub.

Xəbər 1069 dəfə oxundu.