Anapadan 11 medalla
Anapada yeniyetmələr arasında dünya birinciliyində mübarizə aparan universal döyüş üzrə yığma komandamız Bakıya dönüb. Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun idman.com.az saytına verdiyi məlumata görə, idmançılarımız yarışlarda 11 medal qazanıblar. Dünya birinciliyində ən yüksək nəticəni komandanın üzvü Nicat Əliyev (75 kq, klassik, I yer) qazanıb. Təbriz Qasımov (65 kq), Əli Həsənli (55 kq), Rahib Hidayətli (80 kq), Emil Məmmədov (60 kq), Ramin Baxışov (75 kq, beşi də layt versiyası üzrə), Məhəmməd Ziyadov (65 kq, klassik) gümüş medala layiq görülüblər. Bəxtiyar Həsənli (50 kq, layt), Bəhruz Rəcəbov (60 kq, layt), Mirbəşir Ağayev (70 kq, klassik), Hikmət Müslümzadə (+90 kq, layt) III yeri qazanıblar.

Xəbər 2711 dəfə oxundu.