"Yuventus"u gözləyən daha bir təhlükə
Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oynadığı matç qar yağması səbəbindən təxirə salınan "Yuventus"u daha bir təhlükə gözləyir.

İtaliya klubu öz ölkəsinə vaxtında dönməyə bilər.

Türk Hava Yolları qarlı hava olduğu üçün bəzi şəhərlərə səfərləri qarşılıqlı şəkildə ləğv edib. Bu gün səhər saatlarında uçuşda olan bir neçə təyyarənin üzərinə ildırım düşməsinin ardından belə bir qərar verilib.

Bu səbəbdən "Yuventus"un "Qalatasaray"la qarşılaşması keçirilsə belə, klub üzvlərinin İtaliyaya vaxtında geri dönməsi baş tutmaya bilər.

Xəbər 808 dəfə oxundu.