“Bavariya”nı dayandırdılar
"Bavariya"nın Çempionlar Liqasında 10 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Dünən ÇL-in qrup mərhələsində "Mançester Siti" ilə oyunda Münhen təmsilçisi 2:0 hesabı ilə öndə olsa da, bu üstünlüyünü son qədər qoruya bilməyib. Yekun hesabda 2:3 hesabı ilə məğlub olan klub bununla da 10 matçlıq rekordunu yenilə bilməyib.

Qeyd edək ki, "Bavariya" son oyunda uduzmasına baxmayaraq, D qrupunu lider olaraq tamamlayıb.

Xəbər 817 dəfə oxundu.