Frank Riberi məğlub olduqları oyundan danışdı
"Bavariya" klubunun yarımmüdafiəçisi Frank Riberi Çempionlar Liqasında məğlub olduqları "Mançester Siti" ilə oyun haqda danışıb.

Fransız futbolçu 2:0 hesabından sonra meydanda nələrin baş verdiyini anlamadığını bildirib:

"Oyuna yaxşı başladıq. Hətta 2:0 hesabı ilə önə çıxmışdıq. Sonradan meydanda nələr baş verdiyini anlamadım. Oyunun tempini əlimizdə saxlaya bilmədik və nəticədə 2:3 hesabı ilə uduzduq. Bununla belə, əsas qrupu lider kimi başa vurmaq idi ki, bunu da bacardıq".

Qeyd edək ki, "Bavariya" dünən "Mançester Siti"yə 2:3 hesabı ilə məğlub olsa da, qrupu lider kimi tamamlayıb.

Xəbər 680 dəfə oxundu.