“İqtisadçı” komandası Moskvada “Dinamo” kollektivinin qonağı olub | |
Qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının beşinci turunun oyunları keçirilib. Bakının “İqtisadçı” komandası Moskvada yerli “Dinamo” kollektivinin qonağı olub. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüş 3:0 hesabı ilə “Dinamo” komandasının xeyrinə başa çatmışdır. Bu qələbə ilə “Dinamo” Çempionlar Liqası yarışlarının pley-off mərhələsinə vəsiqəni təmin edib. |
|
Xəbər 1058 dəfə oxundu. |
|
|