İlin ən yaxşı baş məşqçisinin adı açıqlandı
"Bavariya"nın yarəmmüdafiəçisi Frank Riberi Fransada 2013-ci ilin ən yaxşı futbolçusu seçilib. "Yuventus"dan Pol Poqba ikinci, PSJ-dən Blez Matyudi isə üçüncü olub. İlin ən yaxşı baş məşqçisi adına "Lill"in sabiq çalışdırıcısı Rudi Qarsiya layiq görülüb. Ən yaxşı əcnəbi futbolçu isə PSJ-nin hücumçusu Zlatan İbrahimoviç seçilib. Qeyd edək ki, Frank Riberi bu il Avropada da ilin ən yaxşı futbolçusu adına layiq görülüb. Hazırda fransalı futboçu ilin ən yaxşı futbolçusu adına da namizəddir.

Xəbər 781 dəfə oxundu.