Riberi ilin ən yaxşı futbolçusu oldu
"Bavariya"nın futbolçusu Frank Riberi daha bir mükafata sahib çıxıb.

30 yaşlı yarımmüdafiəçi vətəni Fransada 2013-ci ilin ən yaxşı futbolçusu seçilib. "Yuventus"dan Paul Poqba ikinci, PSJ-dən Blez Matyudi üçüncü olub.

İlin ən yaxşı baş məşqçisi adına "Lill"in çalışdırıcısı Rudi Qarsiya, ən yaxşı əcnəbi futbolçu adına isə PSJ-nin hücumçusu Zlatan İbrahimoviç layiq görülüb.

Qeyd edək ki, F.Riberi bu il Avropada da ilin ən yaxşı futbolçusu seçilib.

Xəbər 778 dəfə oxundu.