Millimizin təlim-məşq toplanışı olacaq
2014-cü ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının dekabrın 23-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışı təşkil olunacaq.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın üzvləri dekabrın 27-də laktat testi verəcək.

Xəbər 853 dəfə oxundu.