"Azərbaycanda heç bir çətinlik hiss etmirik"

Türkiyə milli komandasının 81 kq çəki dərəcəsindəki təmsilçisi Caner Sayak dünya çempionatına qələbə ilə başladı. O, gərgin mübarizə şəraitində keçən döyüşdə Tayland boksçusu Krinqkai Sukkhumu 19:10 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazandı. Türkiyə milli komandasının kapitanı olan boksçu Bakının onun üçün doğma şəhər olduğunu bildirib: “Azərbaycanda heç bir çətinlik hiss etmirik. Çünki özümüzü evimizdəki kimi hiss edirik. Biz bir millət iki dövlətik. İnanıram ki, burada da azarkeşlər bizi Türkiyədəki kimi dəstəkləyəcəklər”. Sayak ilk növbədə Olimpiadaya lisenziya haqda düşündüyünü deyib: “İlk hədəfim Bakıda London Olimpiadasına vəsiqə qazanmaqdır. Bundan sonra isə artıq medal haqda da düşünmək olar”.

Xəbər 1069 dəfə oxundu.