"Liverpul" ciddi itki ilə üzləşdi
İngiltərər Premyer Liqasında hazırda ikinci pillədə olan "Liverpul" ciddi itki ilə üzləşib.

"Vest Hem"lə matçda zədələnən Stiven Cerrard 6 həftəlik sıradan çıxıb. Bununla da onun "Mançester Siti", "Çelsi", "Tottenhem" kimi klublarla matçda oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, "Liverpul" - "Vest Hem" oyunu meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər 924 dəfə oxundu.