"Kopenhagen"ə öz meydanında məşqə icazə verilmədi
Çempionlar Liqasının qrup mərhələsində bu gün "Real"ı (Madrid) qəbul edəcək "Kopenhagen" ev oyunlarını keçirdiyi "Parken" stadionunda məşq edə bilməyib.

UEFA Danimarka təmsilçisinin məşqinə icazə verməyib. Buna stadionun ot örtüyünün pis vəziyyətdə olması səbəb olub. Qitənin ali futbol qurumu stadionda həm məşq, həm də oyun keçirilməsini mümkünsüz hesab edib. Ancaq Madrid klubu qonaq komanda olduğundan stadionda məşq etmək haqqını tələb edib və istəyini gerçəkləşdirib. "Kopenhagen" isə başqa stadionda bugünkü matça hazırlaşıb.

Qeyd edək ki, komandalar arasında qarşılaşma bu axşam Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Xəbər 903 dəfə oxundu.