AFFA-nın baş katibi futbol veteranı Şəmil Məmmədovla görüşüb
Dekabrın 10-da AFFA-nın baş katibi Elxan Məmmədov 80 illik yubileyi münasibətilə futbol veteranı Şəmil Məmmədovla görüşüb.

AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından veteran futbolçunu təbrik edən baş katib ona cansağlığı arzulamış, üzərində “Ş.Məmmədov 80” yazılmış Azərbaycan milli komandasının futbolkasını yubilyara hədiyyə edib.

Ş.Məmmədov göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.

Xəbər 650 dəfə oxundu.