Felipe Melo: "Qalatasaray" qrupdan çıxa bilər"
"Qalatasaray" klubunun yarımmüdafiəçisi Felipe Melo Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu axşam qarşılaşacaqları "Yuventus"la oyunöncəsi fikirlərini bölüşüb.

UEFa-nın rəsmi saytına danışan braziliyalı futbolçu komandasının qrupdan çıxacağına inandığını bildirib:

"Yuventus" "Real"la bərabərə qalarkən, hər kəs onların qrupdan çıxacaqlarını deyirdi. Lakin biz də qrupan çıxa bilərik. Bunun üçün də evdə qələbə qazanmalıyıq. Hər şey öz əlimizdədir. Rəqibə hörmətlə yanaşırıq. Onlar güclü rəqibdir. Ancaq biz də istəyimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" matçı bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 878 dəfə oxundu.