Sərbəst güləşçilərimiz Rusiyaya yollanacaqlar

1-2 oktyabrda Rusiya Federasiyasının Yakutsk şəhərində bu ölkənin tanınmış pəhləvanı Dmitri Korkinin xatirəsinə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçiriləcək

İdman.com.az saytının məlumatına görə, milli komandamızın 3 üzvü həmin yarışda mübarizə aparacaq. Məşqçi Elman Əsgərovun rəhbərliyi ilə Azərbaycanı orada Azər Paşayev (55 kq), İbrahim Yusubov və Elnur Əliyev (hər ikisi - 74 kq) təmsil edəcəklər.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakimimiz Vaqif Zeynalov yer alacaq.

Xəbər 1048 dəfə oxundu.