İlkay Günoğana təkliflər gəlməkdə davam edir
"Borussiya" (Dortmund) klubunun futbolçusu İlkay Günoğana təkliflər gəlməkdə davam edir.

Madrid "Real"ının ardından "Arsenal" və "Mançester Yunayted" klubları da Gündoğanla yaxından maraqlanır.

Hər iki komanda türk əsilli futbolçunun transferinə 30 milyon avro xərcləməyə hazırdır. Lakin "Borussiya" hələlik gələn təkliflərə münasibət bildirməkdə tələsmir. Çünki Dortmund təmsilçisi Gündoğanı daha yüksək məbləğə satmağı niyyətindədir.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2011-ci ildən "Borussiya"nın şərəfini qoruyur.

Xəbər 805 dəfə oxundu.