"Borussiya" "Marsel"lə oyuna itkilərlə çıxacaq
"Borussiya" (Dortmund) klubu Çempionlar Liqasının qrup mərhələsinin son oyununda baş tutacaq "Marsel"lə matça ciddi itkilərlə çıxacaq.

Sözügedən qarşılaşmada "Bayer"lə oyunda zədələnən Sven Bender forma geyinə bilməyəcək.

Türk yarımmmüdafiəçi Nuri Şahinin də bu görüşü buraxacağı gözlənilir.

Qeyd edək ki, Dortmund təmsilçisində İlkay Gündoğan və Sebastiyan Kel də zədəlidir.

Xəbər 805 dəfə oxundu.