"Borussiya"da ciddi itkilər
Almaniyanın "Borussiya" (Dortmund) klubu ciddi itkilərlə üzləşib.

Bundesliqanın 15-ci turunda "Bayer"lə (Leverkuzen) qarşılaşmanın 52-ci dəqiqəsində Sven Bender, 82-ci dəqiqəsində isə Nuri Şahin zədələnərək oyunu davam etdirə bilməyib.

Almaniya millisnin də şərəfini qoruyan hər iki futbolçunun zədəsinin ciddi olduğu bildirilir. Bu barədə Dortmund klubunun baş məşqçisi Yurgen Klopp "Sky" televiziyasına açıqlamasında deyib.

Xəbər 868 dəfə oxundu.