Özil: "Braziliyaya yalnız çempion olmaq üçün gedəcəyik"
Almaniya millisinin futbolçusu Məsut Özil "DÇ-2014"ün püşkünü dəyərləndirib.

Türk əsilli futbolçu komandasının Braziliyaya yalnız dünya çempionu olmaq üçün gedəcəyini bildirib:

"Püşkün nəticəsini normal qarşıladım. Çünki biz turnirdə onsuz da güclü rəqiblərlə oynayacağıq. Ya əvvəl, ya da sonda onlarla qarşılamağın heç bir fərqi yoxdur. Biz bütün rəqiblərə qalib gəlməliyik. Onu deyim ki, Almaniya millisi Braziliyaya yalnız çempion olmaq gedəcək".

Qeyd edək ki, Almaniya millisi G qrupunda Portuqaliya, Qana və ABŞ-la mübarizə aparacaq.

Xəbər 832 dəfə oxundu.