"İnter"in qış hazırlıq planı məlum oldu
"İnter" futbol komandası qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda üzvləri yanvarın 5-də qardaş ölkədə bir araya gələcəklər.
Bələkdə məskunlaşacaq "İnter" 5 yoldaşlıq matçı da keçirəcək. Rəqib komandaların adları və oyunların təqvimi yaxın günlərdə bilinəcək.

Qeyd edək ki, "İnter" vətənə yanvarın 25-də qayıdacaq.

Xəbər 840 dəfə oxundu.