"Qalatasaray" - "Yuventus" matçı öncəsi bəd xəbər
Türkiyədəki hava şəraiti Çempionlar Liqasının qrup mərhələsində baş tutacaq “Qalatasaray” – “Yuventus” matçında hər iki komandaya problemlər yarada bilər.

Qarşılaşmanın keçiriləcəyi gün – dekabrın 10-da “Türk Telekom Arena”ya qar yağacağı gözlənilir.

Bu baş verərsə, stadionun ot örtüyündə böyük problemlərin yaranması qaçılmaz olacaq. Məhz bu səbəbdən də matçın futbol şərtlərinə uyğun baş tutması üçün artıq əlavə tədbirlər görülməyə başlanılıb.

Qeyd edək ki, ötən mövsümdə də “Türk Telekom Arena”ya qar yağması nəticəsində ot örtüyündə problemlər yaranmışdı.

Xəbər 891 dəfə oxundu.