Vidal: "İstanbulda bizi cəhənnəm gözləyir"
"Yuventus" klubunun yarımmüdafiəçisi Artur Vidal Çempionlar Liqasında qarşılaşacaqları "Qalatasaray"la oyunöncəsi fikirlərini bölüşüb.

Çilili futbolçu İstanbuldakı matçın çox çətin keçəcəyini bildirib:

"Çətin bir oyun olacağı hər kəsə bəllidir. "Qalatasaray" evində çox yaxşı oynayan güclü bir komandadır. İstanbulda bizi cəhənnəmin gözlədiyini bilirik. Ancaq buna hazırıq. Bütün oyunlara qələbə üçün çıxırıq. Önəmli olan da qələbə qazanmaqdır".

Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" matçı dekabrın 10-da, Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

Xəbər 852 dəfə oxundu.