AİBA nümayəndəsi razı qalıb

Bakıda keçirilən boks üzrə dünya çempionatının AİBA texniki nümayəndəsi Luis Bozelli yarışla bağlı fikirlərini bildirib. O, hər bir tədbirin ilk günündə müəyyən çətinliklərin, çatışmazlıqların olduğunu deyib: “İstənilən ölkədə turnir başlayanda bəzi problemlər yaranır. Bakıda da belə oldu. Amma artıq hər şey geridə qalıb və yarış öz axarı ilə davam edir. AİBA-nın dünya çempionatı kimi yarışları həmişə yüksək səviyədə təşkil olunub. Əminik ki, bu lisenziya xarakterli dünya çempionatı da belə olacaq. Biz Bakıda buna qədər bir neçə turnirdə iştirak etmişik və hər zaman təşkilatçılıqdan razı qalmışıq”.

Xəbər 1074 dəfə oxundu.