"Monako"dan "Real"ın futbolçusuna 35 milyon avro
"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Anxel Di Mariya yanvar ayından karyerasını Fransa Liqasında davam etdirə bilər.

Argentinalı futbolçu "Monako"nun maraq dairəsinə düşüb.

Fransa təmsilçisi Di Mariya üçün 35 milyon avro təklif edib. Təcrübəli futbolçunun da bu təklifi müsbət qarşıladığı bildirilir. Lakin "Real"ın baş məşqçisi Karlo Ançelotti Di Mariyanı buraxmaq niyyətində deyil.

Qeyd edək ki, 25 yaşlı futbolçu ilə İngiltərənin "Mançester Yunayted" klubu da yaxından maraqlanır.

Xəbər 807 dəfə oxundu.