"Qarabağ" "Neftçi" ilə oyuna hazırdır
Topaz Premyer Liqanın XVI turunda "Neftçi"ni qəbul edəcək "Qarabağ" klubu bu oyunun hazırlıqlarını tamamlayıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda artıq bu oyunun başlama saatını gözləyir.

54-cü derbi öncəsi komandada ciddi itki yoxdur. Artıq 1 aydır zədə üzündən yaşıl meydanlardan kənarda qalan Admir Telinin durumu isə qeyri-müəyyəndir.

Çempionatın ilk yarısında rəqib meydanında baş tutan görüşdə hesab açılmamışdı. Azərbaycan derbisini Vüsal Əliyevin başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" görüşü sabah, saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər 803 dəfə oxundu.