"Yuventus"da daha bir itki
Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la qarşılaşacaq "Yuventus" ciddi itki ilə üzləşib.

Komandanın təcrübəli oyunçusu Mirko Vucinic sıradan çıxıb. A seriyasında "Boloqna" ilə qarşılaşmada zədələnən futbolçunun İstanbul klubu ilə oyunda forma geyə bilməyəcəyi bildirilib.

Qeyd edək ki, "bu matçda Yuventus"dan Andrea Pirlo da iştirak edə bilməyəcək.

Xəbər 826 dəfə oxundu.