Ronaldonun dönüş tarixi məlum oldu
"Real"ın futbolçusu Kriştiano Ronaldonun yaşıl meydanlara qayıdacağı tarix məlum olub.

Madrid klubunun baş məşqçisi Karlo Ançelotti deyib ki, portuqaliyalı hücumçu dekabrın 10-da Çempionlar Liqasının qrup mərhələsinin "Kopenhagen"lə baş tutacaq matçında forma geyəcək: "Ronaldo özünü yaxşı hiss edir və komanda ilə birlikdə çalışır. O, "Kopenhagen"lə matçda bizimlə olacaq".

Qeyd edək ki, K.Ronaldo Kral kubokunda "Olimpik de Xativa" ilə matçda cəzalı olduğu üçün iştirak edə bilməyəcək.

Xatırladaq ki, 28 yaşlı futbolçu La Liqada "Almeriya" ilə oyunda zədələnmişdi. Bu səbəbdən o, bir neçə oyun komandasına kömək edə bilməmişdi.

Xəbər 839 dəfə oxundu.