FİDE prezidenti Bakıda

FİDE prezidenti Kirsan İlyumjinov sentyabrın 27-də Azərbaycana işgüzar səfərə gəlib. İdman.com.az saytı www.fide.com saytına istinadən xəbər verir ki, səfərinin əsas məqsədi paytaxtımızda keçirilən Beynəlxalq Gənclər Forumunda iştirak etmək olan FİDE başçısı Bakıda bir sıra görüşlər də keçirib.

Gənclər və idman naziri Azad Rəhimovla görüşü zamanı əsas müzakirə mövzusu ölkəmizdə şahmatın inkişafı ilə bağlı olub.

K.İlumjinov həmçinin Rusiyanın ölkəmizdəki səfiri Vladimir Dorokin və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə də görüşüb.

Təhsil naziri Misir Mərdanovla görüşündə FİDE prezidenti “Məktəbdə şahmat” proqramının perspektivini müzakirə edib. FİDE, Təhsil Naziri və Azərbaycan Şahmat Federasiyası arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalanıb.

Xəbər 1030 dəfə oxundu.