"Barselona"nın transfer etmək istədiyi iki hücumçusu
"Barselona"nın baş məşqçisi Xerardo Martino yanvar ayında transfer etmək istədiyi futbolçuların adlarını açıqlayıb.

Argentinalı mütəxəssis əsasən komandasının hücum xəttini gücləndirməyi planlaşdırır.

"Bayer" (Leverkuzen) klubundan Ştefan Kisslinq və "Benfika"dan Oskar Kardozo yanvar ayında "Barselona"ya transfer oluna bilər. Kataloniya təmsilçisi yanvar ayında məhz bu iki futbolçudan birinə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Martino Messinin zədələnməsindən sonra rəhbərliyə komandanın yeni hücumçuya ehtiyacı olduğunu bildirib.

Xəbər 1155 dəfə oxundu.