Həmid Altıntop yaşıl meydanlara nə zaman dönəcək?
"Qalatasaray"ın zədəli futbolçusu Həmid Altıntopun nə zaman yaşıl meydanlara qayıdacağı dəqiqləşib.

Hazırda müalicəsini Almaniyada davam etdirən türk oyunçu 2-3 həftəyə Türkiyəyə dönəcək. Yarımmüdafiəçinin mövsümün ikinci dövrəsindən oyunlarda iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, H.Altıntop belindəki ağrılar səbəbindən ötən ay əməliyyat olunub.

Xəbər 1043 dəfə oxundu.