Yenə də 5,5:0,5!

Sloveniyanın Roqaska Slatina şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatının IV turunda Bakının SOCAR klubu İsveçrə “Reyhenştayn” komandası ilə qarşılaşıb.

Maraqlıdır ki, SOCAR ilk iki turda olduğu kimi yenə də 5,5:0,5 hesablı qələbəyə nail olub.

Qeyd edək ki, komandamız hazırda 3 qələbə, 1 məğlubiyyətlə 4 turdan sonra 6 xalla (şəxsi xallar - 18.5) 6-cı yerdə qərarlaşıb.

IV tur

SOCAR – REYHENŞTAYN - 5,5:0,5

Teymur Rəcəbov – Andreas Heymann - 1:0
Emil Sutovski – Velke Karsten - 1:0
Andrey Volokitin – Maksimilyan Lorenç Drabke - 1:0
Rüstəm Qasımcanov – Kristian Mayer - 1:0
Rauf Məmmədov – Berhard Lutç - 1:0
Eltac Səfərli – Vinsent Riff - 0,5:0,5

Xəbər 1128 dəfə oxundu.