"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır
Topaz Premyer Liqanın 16-cı turu çərçivəsində öz meydanında "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" klubu bu oyunun hazırlıqlarına dərhal başlayıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda məşqlərini Tofiq Bəhramov adına respublika stadionunda keçir.

Admir Teli isə barmağındakı zədə səbəbindən hələ də komandaya kömək edə bilmir.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı dekabrın 8-də, saat 18:00-da start götürəcək.

Xəbər 859 dəfə oxundu.