“Rəvan” kubok matçından sonra istirahətə ehtiyac duymayıb
“Rəvan” Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qaradağ Lökbatan” səddini aşdıqdan sonra bütün diqqətini həftəsonu baş tutacaq Premyer Liqa oyununa yönəldib. Futbolxeber.az-ın məlumatına görə, “Rəvan” bazar günü, dekabrın 8-də AZAL-ın qonağı olacaq.

"AZAL Arena”da baş tutacaq görüşə böyük önəm verən “Rəvan” məhz bu səbəbdən kubok matçından sonra istirahətə ehtiyac duymayıb. Dünəndən "Rəvan” məhz AZAL ilə oyunun hazırlıqlarına başlayıb. "Bayıl Arena”da keçən məşq əsasən taktiki-texniki nüanslar üzərindəki çalışmalarla əlamətdar olub. Məşqçilər korpusunu sevindirən məqam da var. Belə ki, Elvin Həsənəliyev artıq komanda ilə məşqlərə başlayıb. Düzdür, o, hələ bütün məşq təmrinlərini yerinə yetirə bilmir. Bununla belə, ümumi qrup çalışmalarına qatılır.

Xəbər 1011 dəfə oxundu.