Ölkə kuboku yarışlarının qalibləri Çempionlar Liqasında iştirak edə bilərlər
Futbol üzrə ölkə kuboku yarışlarının qalibləri Çempionlar Liqasında iştirak edə bilərlər.

Bu fikri UEFA-nın prezidenti Mişel Platini də dəstəkləyib.

M.Platini qeyd edib ki, mən bu təkliflə razıyam. Biz bunu dəfələrlə müzakirə etmişik. Ancaq iş səsverməyə gələndə, Çempionlar Liqasında yer sayını itirmək istəməyən ölkələr çoxluq təşkil edir.

UEFA-nın prezidenti həmçinin, öz cərimə meydanında oyun qaydalarını pozmuş qapıçının oyundan qovulmasının və penalti təyin olunmasının əleyhinədir. Qeyd etmişdir ki, bu son hədd kimi təsir bağışlayır. Penalti - kifayətedici cəzadır. Ancaq beynəlxalq komitənin tərkibinə daxil olan bir neçə ölkə qaydaları dəyişmək istəmir.

Xəbər 901 dəfə oxundu.