"Suarez Messi və Ronaldonun səviyyəsinə yaxınlaşıb"
"Liverpul" klubunun kapitanı Stiven Cerard "Norviç"lə oyunda poker edən komanda yoldaşı Luis Suarez haqda xoş sözlər deyib.

Cerard uruqvaylı forvardın artıq Messi və Ronaldo səviyyəsinə gəldiyini bildirib:

"Uzun illərdir "Liverpul"un formasını geyinirəm, Suarez kimi futbolçu görməmişdim. Onunla hər gün məşq etdiyimə görə "Norviç"lə görüşdəki çıxışına təəccüblənmədim. Suarez artıq Messi və Ronaldonun səviyyəsinə yaxınlaşıb. Hətta onlarla eyni səviyyədə ola biləcəyinə inanıram".

Qeyd edək ki, "Liverpul" - "Norviç" matçında vurulan 5 qolun 4-nü məhz Suarez vurmuşdu.

Xəbər 930 dəfə oxundu.