AZAL Vaqif Sadıqovu istefaya göndərə bilər
Son günlərin əsas müzakirə mövzularından biri AZAL-ın baş məşqçisi postunda ediləcək mümkün dəyişikliklərlə bağlıdır. Məlumat yayılıb ki, AZAL nəticələrin daha da pisləşəcəyi təqdirdə Vaqif Sadıqovu istefaya göndərib, “Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovla müqavilə imzalayacaq.

Məsələ belə əlaqələndirilir ki, Əsədov məhz buna görə, U-19 yığmasının baş məşqçisi olmaqdan imtina edib.

Lakin Əsədov əməkdaşımızla söhbətində bunun həqiqətəuyğun olmadığını bildirib: “Tamamilə səhv məlumatdır. AZAL tərəfindən mənə heç bir təklif gəlməyib. AZAL-ın öz baş məşqçisi var. Yəqin ki, aranı qarışdırmaq üçün belə söhbətləri ortaya atıblar. Tam səmimiyyətlimlə söyləyirəm ki, belə bir məsələ gündəmdə deyil”.
Qeyd edək ki, Arif Əsədov U-19 yığmasından bir neçə gün öncə ayrılıb.

Xəbər 710 dəfə oxundu.