Şahmat üzrə komandalararası dünya çempionatı başa çatdı
Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatı başa çatıb.

Mükafatçılar sırasına düşmək şansını iki tur öncə itirən Azərbaycan yığması sonuncu oyun günündə Almaniya millisi ilə qarşılaşıb.Komandamızın məğlubiyyəti ilə (1:3) başa çatmış görüş hər iki yığma üçün formal xarakter daşıyıb. Qalib gəlmiş komanda 7-ci yerin sahibi olub.

Azərbaycan, Rusiya, Ukrayna, Niderland, Almaniya, ABŞ, Çin, Ermənistan, Misir və Türkiyə yığmalarının iştirakı ilə dairəvi sistem üzrə keçirilmiş builki turnirin qalib komandası hesabında 15 xalla Rusiya yığması olub.

Xəbər 1253 dəfə oxundu.