"Sevilya"nın prezidenti həbs olundu
İspaniya La Liqasının güclü klublarında olan "Sevilya"nın prezidenti Joze Mariya del Nido həbs olunub.

O, 1999-2003-cü illərdə Marbella bələdiyyəsində çalışdığı dönəmdə rüşvət aldığı və insanları aldatdığı, o cümlədən yalandan məhkəmədə ifadə verdiyi üçün 7 illik azadlıqdan məhrum edilib.

Bu qərarla da o, "Sevilya" prezidenti vəzifəsindən gedib.

Xəbər 836 dəfə oxundu.