Yeniyetmə basketbolçular Batumidə qüvvələrini sınayacaqlar

Oktyabrın 5-dən 8-nə qədər Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında basketbol üzrə beynəlxalq turnir keçiriləcək. Basketbol Federasiyasının icraçı direktoru Rüstəm Rüstəmovun idman.com.az saytına verdiyi xəbərə görə, ölkəmizi bu yarışlarda məşqçi Teymur Qafarovun rəhbərliyi altında 1995-1996-ciı illər təvəllüdlü yeniyetmələrdən ibarət komanda təmsil edəcək.
Məlumat üçün bildirək ki, beynəlxalq turnirdə Azərbaycanın komandası ilə yanaşı, Gürcüstan, Türkiyə və Ermənistanın basketbolçuları da mübarizə aparacaqlar.

Xəbər 1371 dəfə oxundu.