Robben dünya kubokundan kənarda qaldı
"Bavariya"da zədəli futbolçular sırasına daha biri əlavə olunub.

Dünən "Ausburq"la matçda zədələnən hollandiyalı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib.

Klubun rəsmi saytından verilən açıqlamada onun dizindəki yaranın dərin olduğu və bu səbəbdən futbolçunun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Beləliklə, A.Robben 2013-ci ildə oynanılacaq 6 matçda forma geyinə bilməyəcək. Bundan başqa o, Mərakeşdə təşkil olunacaq klublararası dünya kubokunda da iştirak etməyəcək.

Xəbər 841 dəfə oxundu.