Del Boske: "Heç bir rəqibdən qorxmuram"
İspaniya millisinin baş məşqçisi Visente Del Boske "DÇ-2014"ün püşkatması öncəsi açıqlama verib.

Təcrübəli mütəxəssis heç bir rəqibdən çəkinmədiklərini deyib:

"Püşkatma kiminlə düşəcəyimizdən qorxmuram. Məni əsas narahat edən futbolçuların bu turnirə hansı səviyyədə gəlməsidir. Heç bir rəqib bizə şans gətirməyəcək".

Qeyd edək ki, "DÇ-2014"ün püşkatması sabah atılacaq.

Xəbər 836 dəfə oxundu.