"Qalatasaray"dan şad xəbər
Türkiyə superliqasında "Konyaspor"la matçda ayaq barmağından zədələndiyi üçün bir müddət forma geyə bilməyən "Qalatasaray"ın qapıçıcısı Fernando Musleranın vəziyyəti yaxşılaşıb.

Uruqvaylı qolkiper artıq komanda ilə birlikdə məşqlərə başlayıb.

Baş məşqçisi Roberto Mançinin ona "Elazığspor" və "Yuventus"la matçda oynamağa şans verəcəyi bildirilir.

Xəbər 800 dəfə oxundu.