"Real" Sami Xedira ilə müqaviləni yeniləyir
"Real" (Madrid) futbolçusu Sami Xedira ilə müqaviləni yeniləmək üçün danışıqlara başlayıb.

Madrid klubu alman yarımmüdafiəçi ilə müqaviləni 2018-ci ilə qədər uzatmaq istəyir.

Yay transferi pəncərsində başqa klubdan göndərilən 40 milyon avroluq təklifi rədd edən S.Xediranın da "Real"la sözləşməni yeniləməyə müsbət baxdığı bildirilir.

Qeyd edək ki, 26 yaşlı oyunçu baş məşqçi Karlo Ançelottinin güvəndiyi və tez-tez forma şansı verdiyi futbolçulardan biridir.

Xəbər 1051 dəfə oxundu.