Pele püşkatmadan imtina edib
Dünyanın əfsanəvi futbolçusu Pele 2014-cü ildə keçiriləcək dünya çempionatının püşkatmasında iştirakdan imtina edib.

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «a tarde» xəbər yayıb.

«Prezident Dilma Rusef (Braziliyanın prezidenti-red.) mənə püşkatmaya qatılmağımı təklif etdi. Mən əvvəllər bunu etmişəm. Ancaq bu dəfə imtina etməyə məcbur oldum. Braziliyanı çətin qrupa salan adam olmaq istəmirəm. Ancaq mən mərasimdə iştirak edəcəyəm»-deyə, Pele bildirib.

Xatırladaq ki, püşkatma dekabrın 6-da saat 20.00-da keçiriləcək.

Xəbər 752 dəfə oxundu.