“Xəzər Lənkəran”a qarşıdakı oyunlarda uğurlar arzulayıram”
“Neftçala” klubunun baş məşqçisi Bəhram Şahquliyev ölkə kubokunun 1/8 finalında “Xəzər Lənkəran”a 0:4 hesabı ilə uduzduqları matçı şərh edib. O, böyükhesablı yenilgiyə baxmayaraq, komandasından razı qaldığını qeyd edib: “Rəqibimiz bizdən hər cəhətdə üstün idi. Yeni baş məşqçiyə ilk oyunda özlərini göstərmək üçün çalışdılar. Bütün bunlara baxmayaraq, komandadan razı qaldım. İkinci hissədə oyuna uyğunlaşa bildik, qol buraxmadıq. “Xəzər Lənkəran”a qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Xəbər 821 dəfə oxundu.