Samboçularımız Moskvaya gedirlər
Sentyabrın 30-da sambo üzrə yığma komandamız Moskva şəhərində keçiriləcək dünya kubokunun mərhələ yarışlarında iştirak etmək üçün məşqçi Səhliman Ağayevin rəhbərliyi altında Rusiyann pataxtına yola düşəcək. Yığma komandanın baş məşqçisi Mübariz İbrahimovun idman.com.az saytına verdiyi məlumata görə, yarışlarda Ağasif Səmədov (52 kq), İslam Qasımov (57 kq), Cavidan Qarayev (62 kq), Elgün Müslümov, Bəhram Zərbiyev (hər ikisi 68 kq), Samir Kərimov (74 kq), Elçin Ramazanov (82 kq) iştirak edəcəklər.
Beynəlxalq dərəcəli hakim Yaqub Abdullayev kubokun mərhələ yarışlarında ədaləti qoruyacaq.
Yarışlara oktyabrın 3-də yekun vurulacaq.

Xəbər 1807 dəfə oxundu.