Milinko Pantiç "Sumqayıt" üzərindəki qələbədən danışdı
"Çətin oyun olmasına baxmayaraq üstün tərəf biz idik. Oyunçularımdan razıyam, o zaman narazı olardım ki, hücumlar qurmaz, üstün oynamazlardı".

Bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Sumqayıt"la kubok oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

"Ən azından arxayınam ki, qışdan sonra da oynayacağıq. Birinci qolda onların səhvi olsa da, ikinci qolu yenə də vurduq. Qələbə münasibətilə komandamı təbrik edirəm” - deyə serbiyalı mütəxəssis bildirib.

Xəbər 762 dəfə oxundu.