Dünya çempionatının mükafat fondu artdı | |
Futbol üzrə 2014-cü il dünya çempionatının mükafat fondu 140 milyon dollar artıb. Bu barədə FİFA-nın baş katibi Jerom Valke açıqlama verib. O Braziliyada baş tutacaq Mundialda mükafat fondunun 560 milyon dollar təşkil edəcəyini bildirib. Qeyd edək ki, Cənubi Afrika Respublikasında keçirilmiş 2010-cu il dünya çempionatında bu rəqəm 420 milyon dollar olub. Bu isə qarşıdakı Mundialda mükafat fondunun 30 faiz artırılacağı anlamına gəlir. Lent.az |
|
Xəbər 842 dəfə oxundu. |
|
|