Löv “Qızıl top”da səsvermədən imtina etdi
Almaniya millisinin baş məşqçisi Yoahim Löv "Qızıl top" mükafatının səsverməsində iştirak etməyəcək.

Yığmanın mətbuat xidmətinin rəhbəri Qritnner deyib ki, təcrübəli mütəxəssis səsvermədə iştirak edərsə, alman futbolçularından birin səs verəcək. Ancaq Y.Löv tərəfsiz qalmaq üçün bu səsvermədə iştirak etməyəcək.

Qeyd edək ki, builki "Qızıl top"a namizəd 23 futbolçudan 5-i Almaniyanın şərəfini qoruyur.

Xəbər 778 dəfə oxundu.