Vakıfbank 65-ci qalibiyyətini də qazanacağına əmindir
CEV Dənizbank voleybol qadınlar Çempionlar Liqasında oynadığı 64 rəsmi matçını üst-üstə qazanan Vakıfbank bu gün Polşanın Atom Trefl Sopot komandası ilə qarşılaşacaq. Bununla da onlar 65-ci matçı da qazanacaqlarına ümid edirlər.

İdman.com.az saytı xəbər verir ki, oyun bu gün Burhan Felek idman salonunda baş tutacaq. Vakıfbank məşqçisi Giovanni Guidetti bu oyunda da qalib gələcəklərinə inandığını söyləyib.

Matça mütləq qalibiyyətlə çıxacaqlarını vurğulayan Guidetti: "Polşa qrupu keçdiyimiz həftə oynadığımız qarşılaşmada nə qədər yaxşı olduğumuzu gördü. Bir çox zorlu səfərlərdə qalib olaraq ayrıldıq. Bu həftə evimizdə oynayacağımız matçdan da qalibiyyətlə ayrılmaq istəyirik. Komanda olaraq Atom Trefl Sopot matçına hazırıq və yalnız qalib olmaq üçün sahəyə çıxacağıq "-deyib.

Vakıfbank Kapitanı Gözdə Sonsırma isə məğlubiyyətsizlik ünvanlarını qorumaq üçün çıxacaqları mübarizədə tərəfdarlarını yanlarında görmək istədiklərini söyləyərək: "Rəqibimiz Atom Trefli ikinci dəfə məğlub edərək, qrupdakı avantajımızı qorumaq istəyirik. " -deyə sonda bildirib.

Xəbər 1101 dəfə oxundu.